Bir sıra ölkələrin MSK rəhbərləri prezident seçkiləri ilə əlaqədar Azərbaycana gəlibbackend

Bir sıra ölkələrin MSK rəhbərləri prezident seçkiləri ilə əlaqədar Azərbaycana gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri Azərbaycana gəliblər.

NOCOMMENT.az  Report-a istinadən xəbər verir ki,  onlar arasında MDB-nin Baş katibi Sergey Lebedev və MDB katibliyinin rəhbəri Sergey Burutin, Monteneqro MSK-nın sədri Nikola Muqosa, İƏT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar, Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri yer alırlar.
Qeyd edək ki, onların seçki ilə əlaqədar bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.