Bir sıra rayonlarda kəskin hava şəraiti hökm sürürbackend

Bir sıra rayonlarda kəskin hava şəraiti hökm sürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 17-si saat 21.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bu gün gün ərzində intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göy Göl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.