Bır sıra rayonlarda qaz təchizatı dayandırılıbbackend

Bır sıra rayonlarda qaz təchizatı dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qaz İxrac İdarəsinin balansında olan diametri 720/325 mm olan yüksək təzyiqli “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi, yerüstü kranın quraşdırılması və aşkar olunmuş sızmanın ləğvi işləri icra olunur.

“Azəriqaz”dan NOCOMMENT-ə verilən məlumata görə, bu məqsədlə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Fizuli rayonlarında və Yevlax rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.

Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır.