Bir sıra şəhər və rayonlarda su kəsiləcəkbackend

Bir sıra şəhər və rayonlarda su kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə NOCOMMENT-ə “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyətlər Kür çayında bulanıqlığın artması səbəbindən Kür sutəmizləyici qurğularında suyun emalının müvəqqəti dayandırılması ilə bağlıdır.