Birbank kartı olan əksər şəxsə 27 noyabrdan Kapital Bank bankomatından nağdlaşdırmada və başqa bank kartına köçürmələrdə 1% komissiya tutulacağı ilə bağlı SMS göndərilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə bank açıqlama verib.
Məlumatı olduğu kimi təqdim edirik:
“Hörmətli müştəri, qeyd edək ki, nağdlaşdırma və digər yerli bank kartına köçürmə üzrə komissiyasız aylıq limit müştərinin maliyyə davranışına əsasən bank tərəfindən fərdi şəkildə təyin edilir.
27.11.2025-ci il tarixindən etibarən bəzi müştəri qruplarında Birbank-a məxsus bankomatlardan nağdlaşdırma və Birbank kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün əvvəl mövcud olan komissiyasız məxaric limiti ləğv ediləcək. Bu əməliyyatlar üzrə tətbiq olunacaq yeni komissiya: 1% (minimum 1 AZN/USD/EUR).
Qeyd edək ki, Birbank kartlarından şəxsi vəsaitinizi Birbank (Kapital Bank) kartına köçürmə zamanı məxaric olunan kartdan komissiya tutulmur”.







