2007-ci il istehsalı olan “Apple iPhone” hərracda ilkin satış qiymətindən 300 dəfə baha, 190 372 dollara satılıb.
NOCOMMENT.az xəbər verir ki, hərracda ilkin olaraq 599 dollara alınmış 4GB modelin hələ də zavod qablaşdırmasında və əla vəziyyətdə olduğu bildirilir.
Hərraca 10.000 ABŞ dolları dəyərində ilkin təklifdən sonra ümumilikdə 28 təklif daxil olub.
Qeyd edək ki, “iPhone” buraxıldıqdan sonra tez bir zamanda “Apple”ın ən uğurlu məhsulu oldu və “Time” jurnalı tərəfindən 2007-ci ilin ixtirası seçilib.
NOCOMMENT.AZ