Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıbbackend

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi başa çatıb.

Bu barədə NOCOMMENT.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

Qeyd edək ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr saat 15:00-dan 15 oktyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi aparılıb.