Birləşmiş Ştatlar Qəzza zolağı ilə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına göndəribbackend

Birləşmiş Ştatlar Qəzza zolağı ilə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar atəşkəs və HƏMAS yaraqlıları tərəfindən saxlanılan israilli girovların azad edilməsinə dair razılaşmanı dəstəkləyən Qəzza zolağı ilə bağlı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın dünya təşkilatındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfildin Amerika daimi nümayəndəliyinin saytında dərc olunmuş bəyanatında deyilir.

Thomas-Greenfield bildirib ki, dünya qurumunun Təhlükəsizlik Şurası HƏMAS-ın razılaşmanı qəbul etməsində israr etməlidir.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri “bu fürsətin qaçmasına” imkan verməməlidirlər və hamı bu sazişi dəstəkləmək üçün vahid cəbhə ortaya qoymalıdır.

İyunun 3-də G7 ölkələrinin dövlət və hökumət başçıları ABŞ prezidenti Co Baydenin elan etdiyi Qəzza sazişini dəstəklədiklərini bildiriblər.