Ən böyük kriptovalyuta olan Bitcoinin qiyməti son iki gündə təxminən 13,1 faiz dəyər itirib.
NOCOMMENT.az xəbər verir ki, “The Wall Street Journal” “SpaceX”in əlində olan bitcoinləri satdığı xəbərini dərc etdikdən sonra qiymət 13 faizdən çox azalaraq 25 166 dollardan sonra 26 500 dollar səviyyəsində sabitləşib.
Bitcoindən sonra ikinci ən böyük kriptovalyuta kimi tanınan Ethereum da son 2 gündə təxminən 14 faiz dəyər itirib. Ethereum hazırda 1550 dolları sınaqdan keçirdikdən sonra 1684 dollarda dəqiqləşib.