Bitkoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olubbackend

Bitkoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Amerika ölkəsi Salvador Konqresi kriptovalyuta bitkoini qanuni ödəmə vasitəsi kimi tanıyan qanunu qəbul edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bununla da bitkoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olub.

Təklifin sahibi Salvador prezidenti Nayib Bukele qanunun 62 leyhinə səslə qəbul edildiyini açıqlayb.

Qeyd edək ki, ötən həftə “Bitcoin 2021” konfransına video mesaj göndərən prezident Bukele bitkoini ödəmə vasitəsi olaraq qəbul edəcək qanunu Konqresə göndərəcəyini bildirmişdi.

“Bitkoin 680 milyard ABŞ dollarlıq bir bazar dəyərinə sahibdir. Bunun 1%-i nisbətində Salvadora investisiya qoyulsa, ölkə iqtisadiyyatı 25% böyüyər. Bununla birlikdə kriptovalyuta potensial 10 milyon yeni istifadəçiyə çatacaq”, – deyə o bildirib.