Bitkoinin qiyməti növbəti dəfə rekord vurdubackend

Bitkoinin qiyməti növbəti dəfə rekord vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti növbəti dəfə rekord vurub.

NOCOMMENT.az xəbər verir ki, “Binance” birjasında Bakı vaxtı ilə saat 16.18-ə olan vəziyyətə görə bitkoin ötən günə nisbətən 8,11 % bahalaşaraq 56,910 ABŞ dollarından satılıb. Həmçinin “Coin MarketCap” 20-dən artıq birjadakı hərrac nəticələrinə əsasən xəbər verir ki, bitkoin bu gün 8,07 % bahalaşaraq 56,960 ABŞ dollardan satılıb. Halbuki bundan bir neçə dəqiqə əvvəl məzənnə 57 min ABŞ dollar həddini aşaraq 57,076 ABŞ dollardan satılırdı.

Bu, bitkoinin yarandığı gündən ən yüksək qiymətdir. Bildirilir ki, kriptovalyutanın dəyərinin yüksəlməsi səbəblərindən biri “Tesla” şirkətinin bu günədək bitkoinə 1,5 milyard dollar məbləğində investisiya yatırmağı olub.