Biz Azərbaycanla müttəfiqlik öhdəliklərinə bağlıyıq – Zaxarovadan Qriqoryana CAVABbackend

Biz Azərbaycanla müttəfiqlik öhdəliklərinə bağlıyıq – Zaxarovadan Qriqoryana CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibinin bəyanatlarını şərh etməkdən imtina edib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir müddət əvvəl demişdi ki, İrəvan öz suverenliyini qorumaq üçün Rusiyadan kömək və müvafiq addımlar gözləyir.

Bu səbəblə sözügedən brifinq zamanı Azərbaycan-Ermənistan məsələsində Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərini rəhbər tutması ilə bağlı sual qaldırılıb.

“Söhbət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Rusiyanın köməyindən gedirdisə, Rusiya 2020-ci il 9 noyabr, 11 noyabr və 26 noyabr 2021-ci il, o cümlədən oktyabrın 31-i də daxil olmaqla ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalara arxalanır. Onlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinin irəliləməsi üçün etibarlı əsasdır. Təbii ki, biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərinə bağlı olduğumuzu nəzərə alırıq. Ona görə də biz vasitəçi olaraq həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Mən həqiqətən ümid edirəm ki, Ermənistanda insanlar bundan xəbərdardır”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, əgər söhbət Rusiyanın KTMT çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən gedirsə, o zaman İrəvan maraqlı olarsa, təşkilata üzv olan bütün ölkələr Ermənistana müşahidə missiyası göndərməyə hazır olacaqlar.

Sfera.az