“Biz burada çalışan heç kəsə “Yaxşı işlə, tez işlə” demədik”backend

“Biz burada çalışan heç kəsə “Yaxşı işlə, tez işlə” demədik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu layihə bizim üçün həm çox çətin, həm də bir o qədər asan bir layihə oldu”.

NOCOMMENT.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında aereportun inşası üzrə layihə meneceri Selim Akbay deyib.

O bildirib ki, layihənin icrasına başlayanda burada heç nə yox idi:

“Hər yer minalanmışdı. Buna baxmayaraq Azərbaycan dövləti tikinti üçün lazım olan bütün zəruri addımları atdı. Ərazi minalardan təmizləndi, elektrik verildi və işə başladıq”.

S.Akbay əlavə edib ki, bu layihədə çalışan 1000-ə yaxın şəxs öz işini ürəklə yerinə yetirdiyinə görə işləri rahatdır:

“Biz burada çalışan heç bir kəsə “Yaxşı işlə, tez işlə” kimi sözlər demədik. Biz burada layihənin icrasına Türkiyə və digər ölkələrdə hava limanında çalışmış, təcrübəsi olan mütəxəssisləri dəvət etdik.

Burada 12 türk firması fəaliyyət göstərir.

İnşaat üçün Türkiyə, Rusiya, Çin, Amerika, Almaniya, İtaliya, İspaniya və Finlandiyadam beynəlxalq standartlara uyğun tikinti materialları, tikinti avadanlıqları və aeroport avadanlıqları gətirildi.

Düşünürəm ki, bir ay ərzində – sentyabrın sonuna qədər layihəmizi tamamlayacağıq”