Biz Ermənistana bununla bağlı təklif vermişik – Prezidentbackend

Biz Ermənistana bununla bağlı təklif vermişik – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz indi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

“Biz müharibə haqqında yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələlik cavabını almayıb”, – dövlət başçısı vurğulayıb.