Bizə Paşinyanın ölüsü, yoxsa dirisi lazımdır?backend

Bizə Paşinyanın ölüsü, yoxsa dirisi lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırkı postmünaqişə dövründə Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün müəyyən risk yarada bilər”.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında politoloq Araz Aslanlı bildirib.

Onun sözlərinə görə, Ermənistanın özü daha böyük risklərlə üzləşmək üzrədir: dövlətin dağılma prossesi, miqrasiyanın artması və s.

“Azərbaycanın maraqları baxımından sərhədlərin delimitasiyası prosesində hansısa problem yaranacağını sanmıram. Təbii ki, kiçik risklər yarana bilər, ancaq 44 günlük müharibədə göstərdi ki, Azərbaycan bu riskləri dəf edə bilmə gücünə malikdir. Amma Ermənistanda qeyri-sabitlik Zəngəzur dəhlizinin açılmasını bir qədər yubada bilər”.

A.Aslanlı qeyd edib ki, Nikol Paşinyanın hakimiyyətdə olması Azərbaycana sərf edir: “Paşinyan artıq əvvəlki siyasətindən uzaqlaşıb, buna dair bir neçə işarə var. Ümumiyyətlə, o, Sarkisyan və Koçaryandan fərqli olaraq ,regionun gələcəyi ilə bağlı müsbət fikirlər bildirir. Söhbət ərazi bütövlüyümüzdən və sülhü qorumaqdan gedirsə, Paşinyanın olması və ya başqa birinin gəlməsi Azərbaycan üçün o qədər də, fərq etmir.

Ancaq söhbət ümumən regiondan gedirsə, burdakı maraqlarımız quruculuq, süverenliyi qorumaq və sülh və əməkdaşlıq mühitinin inkişaf etdirməkdir. Uzağı hansısa revanşist qüvvə hakimiyyətə gələ və yenidən nəyəsə təşəbbüs edə bilər. O zaman həmin təşəbbüsün qarşısını almaq üçün əlavə addımlar atmalı olarıq. Yəni sadəcə yenidən münaqişə dövrünə qayıtma riski var. Resusrlarımızı sülhə yox, hərbi münaqişəyə yönəltmiş olacağıq, bax bu baxımdan risk var. Ancaq eyni zamanda təxmini görürük ki, Paşinyan postmünaqişə dövrünün şərtlərini qəbul edir”.