Bizim hakimiyyətin səhvləri olub, amma… – Tahir Kərimlibackend

Bizim hakimiyyətin səhvləri olub, amma… – Tahir Kərimli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev istiqlala səs verən birinci şəxs idi. Milli lider Heydər Əliyev xalq hərəkatının banisi olub. Biz dövlətin nə olduğunu hələ yaxşı anlamırdıq. O zaman burada dedim ki, sizi and verirəm Allaha, Şuşa, Laçın gedəcək, prezident seçimləri etməyin. Bizim hakimiyyətin ciddi səhvləri olub, amma indi gəlin camaatı soyutmayaq. Mərhum Heydər Əliyev və indiki Prezidentimiz xalq hərəkatının ünvanına bir söz deyibmi? Bir kəlimə də deməyib, hakimiyyətin ünvanına deyib.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, qazi intiharları bizi çox narahat edir, dövlətimiz onlara kifayət qədər yardım edir, amma bəziləri özlərini yiyəsiz hissi edir:

“Bəzi ölkələrdə veteranlarla məşğul olan xüsusi qurumlar olur. Mən də təklif edirəm ki, publik hüquqi şəxs kimi komitə, ya qurum təsis edək, sahibkar oraya pul köçürsün, bu qurum birbaşa onların problemləri ilə məşğul olsun. Qazilərin adına obyekt açılan kimi onların pensiyasını kəsirlər, bir ayağı olmayana maşın verilib, gözdən əlil olana isə heç nə verilmir. Bu məsələ həll olunmalıdır”.