Bizim Ramin Bayramlıyla heç bir bağlılığımız olmayıb – SPEKTR MEDbackend

Bizim Ramin Bayramlıyla heç bir bağlılığımız olmayıb – SPEKTR MED

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SPEKTR MED” MMC ciddi müzakirə mövzusuna çevrilən iddialara cavab verib.

NOCOMMENT.az xəbər verir ki, şirkətdən Bakupost.az -a göndərilən açıqlamada bildirilib ki, onlarla TƏBİB-in sabiq sədri Ramin Bayramlı arasında hər hansı bağlılığ yoxdur:

““SPEKTR MED” MMC heç kimə satılmayıb, şirkətin təsisçisi isə 10 ildən artıq müddətdir ki, eyni şəxsdir. Təbii ki, biz də Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər kimi TƏBİB-lə də əməkdaşlıq edirik. Ancaq şirkətin şəxsən Ramin Bayramlı ilə heç bir əlaqəsi yoxdur”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının yeyintiyə yol verməsi və bu əməlini “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirdiyi barədə yer alan fikirlər həqiqətə uyğun deyil, – deyə açıqlamada qeyd edilib.