Bizneslə məşğul olan, amma bunu gizlədən deputatlar hansılardır? – Araşdırma gedirbackend

Bizneslə məşğul olan, amma bunu gizlədən deputatlar hansılardır? – Araşdırma gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korrupsiya və rüşvətxorluğu rədd edən inqilabçı hökumət nümayəndələrinin çoxunun keçmişdə heç bir mülkü olmayıb, onlar daşınmaz əmlak və avtomobil sahibi olublar.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Ermənistanın “Joqovurd” qəzeti yazır.

“Milli Məclisin “Mülki müqavilə” fraksiyasında elə deputatlar var ki, əvvəllər mikroavtobuslarda 100 drama gedirdilər, indi isə avtomobil sürürlər. Və nədənsə bu mühüm fakt Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının diqqətindən yayınıb. Komissiyanın sədri Aykuhi Arutyunyan bizimlə söhbətində əmin etdi ki, heç nə onların diqqətindən yayınmayıb:

“Hazırda MŞ deputatlarının bizneslə məşğul olması ilə bağlı konkret araşdırmalar aparılır. Nəticələri özümüz dərc edəcəyik və işə başlamaq olar”.

Yəni məlum olur ki, bizneslə məşğul olan deputatlar var, amma bunu gizlədirlər və yaxın vaxtlarda maraqlı ifşalar gözlənilir”, – erməni qəzeti belə yazır./Moderator.az