Slovakiyalı deputat Lyuboş Blaqa Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüşündə Ukrayna münaqişəsində Rusiyanın qələbəsini, Qərbin isə məğlubiyyətini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Blaqanın fikrincə, Avropa müəyyən hərbi doktrinaya sadiq qalaraq keçmiş müttəfiqlərinin, o cümlədən ABŞ-ın dəstəyini itirib.
O, iddia edir ki, Rusiya, əksinə, Çini, Braziliyanı, Afrika və Asiyanın çoxsaylı ölkələrini öz tərəfinə çəkməklə beynəlxalq mövqelərini gücləndirir.