Blinken: ABŞ-ın İsrailə silah tədarükü dayanmayıbbackend

Blinken: ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın İsrailə silah tədarükü dayanmayıb”.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, İsrailə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib.

Amerikalı diplomat deyib ki, “GBU-24” idarə olunan bombalar Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı narahatlıqlara görə İsrailə hələ ki, göndərilməyib:

“Amma bütün digər silahlar həmişəki kimi verilir. Yenə də, İsrailin çoxsaylı problemlər qarşısında özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin edirik”.