Blinken Bayden və Si Cinpinin görüşünün keçiriləcəyinə ümid etdiyini bildiribbackend

Blinken Bayden və Si Cinpinin görüşünün keçiriləcəyinə ümid etdiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, Hazırda Çin və ABŞ San-Fransiskoda Amerika lideri Co Bayden və Çin prezidenti Si Cinpin arasında görüş üzərində işləyir. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.

“Biz (iki ölkənin) liderlərinin gələn həftə APEC sammitində (San-Fransiskoda) görüşəcəyini gözləyirik. Hazırda bunun üzərində işləyirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, Vaşinqton mümkün əməkdaşlıq və fikir ayrılıqları sahələrini tapmağa imkan verən iki dövlətin rəhbərliyi səviyyəsində müzakirələrin davam etdirilməsini “son dərəcə vacib” hesab edir.