Blinken-Bayramov-Mirzoyan görüşü: Gözləntilər nədən ibarətdir?backend

Blinken-Bayramov-Mirzoyan görüşü: Gözləntilər nədən ibarətdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Bəs görüşdə hansı məsələlər müzakirə olunacaq? Sülhlə bağlı hansısa irəliləyişlər mümkündürmü?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı politoloq Fərhad Məmmədov Bakupost.az –a bildirib ki, ABŞ növbəti dəfə beynəlxalq tədbirdən – BMT-nin Baş Assambleyasının sessiyasından istifadə edərək bu görüşü təşkil edib:

“Hazırda sülh sazişi ilə bağlı vəziyyət belədir ki, Azərbaycanın Ermənistan konstitutsiyası ilə bağlı məlum şərti var. Erməni tərəfi isə artıq razılaşdırılmış maddələri yollayıb. Azərbaycan Prezidenti də bu addımı “mənasız” adlandırıb. Yəni sülh sazişi ilə bağlı hansısa nikbin fikir söyləmək mümkün deyil. Lakin paralel olaraq proseslər baş verir. Bu, sərhədlərin müəyyən edilməsi ilə bağlı komissiyanın rəyinə Ermənistan Konstitusiya Məhkəməsində baxılması prosedurudur. Düşünürəm ki, bu prosedur çərçivəsində Ermənistan Konstitutsiyasında olmasa da, digər qanunvericilik aktlarında Azərbaycanı narahat edən məsələlərin ləğvi prosesi baş verə bilər. Digər tərəfdən, sülh sazişi olmasa da, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimləyən əsas prinsiplər, və yaxud növbəti birgə bəyanatlar ola bilər. ABŞ da COP29-dan öncəsi bunu göstərib deyə bilər ki, onlar Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişə nail olublar. Hər-hansı sənəd olacaqsa, bu sənəd Türkiyə-Ermənistanla münasibətlərinin irəli getməsinə imkan verəcək. Bu çox maraqlı və vacibdir…”.