ABŞ dövlət katibi Entoni Blinken İranın diplomatik yoldan imtina edəcəyi təqdirdə bütün variantların masada olduğunu bəyan edərək, “İranın nüvə müharibəsinə nail olmasına imkan verməyəcəyik” deyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Blinken Vaşinqtonda keçirilən İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) 2023-cü il Siyasət Sammitində çıxış edərkən deyib.
İsrail ilə ABŞ arasında tərəfdaşlığın həyatın bütün sahələrini əhatə etdiyinə diqqət çəkən Blinken, hökumətlər arasında əməkdaşlığın xalqlar arasındakı əlaqələrlə gücləndiyini bildirib.
İsrailin bir çox təhlükələrlə üzləşdiyini vurğulayan Blinken, “Ancaq İsrailin üzləşdiyi ən böyük təhlükə İran rejimidir” dedi.
NOCOMMENT.AZ