Blinken Gürcüstanın Aİ-yə inteqrasiyası barədə danışıbbackend

Blinken Gürcüstanın Aİ-yə inteqrasiyası barədə danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın bir neçə ay Gürcüstanın Avropa İttifaqına inteqrasiya perspektivlərinin nə qədər olduğunu göstərəcək. Gürcüstan rəhbərliyini onu düzgün istiqamətə yönəltmək üçün lazımi addımları atmağa çağırırıq”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinkenin Gürcüstanın Müstəqillik Günü münasibətilə dərc olunan bəyanatında bildirilib.

Blinkenin fikrincə, Tbilisi üçün Avropa İttifaqına üzvlüyə namizəd statusunun əldə edilməsi “tarixi miqyaslı nailiyyəti” idi. Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar “Gürcüstanın demokratik gələcəyinə və çiçəklənməsinə sarsılmaz sadiqliyini” nümayiş etdirir.

Eyni zamanda, onun suverenliyi və bütövlüyünün ən fəal tərəfdarları arasındadır. Vaşinqton Gürcüstana təhlükəsiz və firavan Avropa demokratiyası qurmağa kömək etməyə qətiyyətlə sadiqdir.