Blinken Gürcüstanla ikitərəfli əməkdaşlığa yenidən baxıldığını elan edibbackend

Blinken Gürcüstanla ikitərəfli əməkdaşlığa yenidən baxıldığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanunla əlaqədar ABŞ-Gürcüstan əməkdaşlığının genişmiqyaslı nəzərdən keçirilməsinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Bu gün mən həm də ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıram”, – o deyib.

Bundan əvvəl Gürcüstan parlamentindəki Xalq Gücü Partiyasının üzvü Sozar Subari ABŞ dövlət katibi Antoni Blinkenin xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstana qarşı tədbirlər haqqında bəyanatının “boş və dəyərsiz” olduğunu qeyd edib.

Subarinin sözlərinə görə, Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanun ölkə hakimiyyətini ABŞ prezidenti Co Bayden administrasiyasının hücumlarından qoruyur.