Blinken İsrail müxalifətinin liderləri ilə görüşübbackend

Blinken İsrail müxalifətinin liderləri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken İsrail müxalifətinin liderləri ilə görüşüb. İsraildə səfərdə olan dövlət katibi Təl-Əvivdə Benni Qantz və Yair Lapidlə görüşlər keçirib.

NOCOMMENT.az xəbər verir ki, Benni Qantz “X” hesabında görüşlə bağlı paylaşım edərək bildirib ki, O, Blinkeni HƏMAS-ın saxladığı israilli girovların azad edilməsi ilə bağlı razılığa gəlmək üçün danışıqlardakı vasitəçilərə “maksimum təzyiq” tətbiq etməyə çağırıb.

Hökumətdən kənarda bu məsələ ilə bağlı istənilən məsuliyyətli tənzimləməni dəstəkləyəcəyini deyib:

“Girovların geri qaytarılmasına səbəb olacaq istənilən məsuliyyətli planı, hətta hökumətdən kənarda da dəstəkləyəcəm”.