NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, İsrail Qəzzada dinc əhali arasında itkiləri minimuma endirmək üçün əlavə addımlar atmalıdır. O, bunu Yaponiyanın NHK telekanalına müsahibəsində G7 ölkələrinin xarici işlər nazirlərinin sammiti üçün Tokioya səfəri zamanı deyib.
“Biz inanırıq ki, mülki itkiləri minimuma endirmək üçün əlavə addımlar atılacaq və atılmalıdır” , – deyə o bildirib.
Həmçinin G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərqdə HƏMAS yaraqlılarının İsrailə hücumundan əvvəl mövcud olan status-kvona qayıtmağın əleyhinə çıxış edib. Eyni zamanda, o, Yaxın Şərq münaqişəsinin həlli üçün fələstinlilərin mövqeyini və onların öz dövlətini tapmaq və öz müqəddəratını həll etmək istəyini nəzərə almaq vacib olduğunu bəyan edib.