Blinken İsrailin müdafiə naziri ilə GÖRÜŞÜBbackend

Blinken İsrailin müdafiə naziri ilə GÖRÜŞÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb. Bildirib ki, tərəflər Qəzza zolağında atəşkəs və girovların azad edilməsi planını müzakirə ediblər.

Millerin sözlərinə görə, Blinken İsrailin sazişə sadiqliyini yüksək qiymətləndirib. Həmçinin onun keçməsinə görə məsuliyyətin HƏMAS hərəkatının üzərinə düşdüyünü təkrarlayıb.

Amerikalı diplomat İsrail hərbi idarəsinin rəhbəri ilə görüşü zamanı Qəzzada atəşkəs təklifinin İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarına, o cümlədən regionda gələcək inteqrasiya imkanlarına cavab verəcəyini vurğulayıb.