Blinken, Lavrov və lö Drian Qarabağa dair birgə bəyanat verdilərbackend

Blinken, Lavrov və lö Drian Qarabağa dair birgə bəyanat verdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ dövlət katibi Entoni Blinken, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan İv lö Drian Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun bərpasına tərəfdar olduqlarını bildiriblər.

NOCOMMENT xəbər verir ki, bu barədə ATƏT-in saytında yerləşdirilən bəyanatda deyilir.

Həmsədr ölkələr regionda davamlı sülh naminə Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilən görüşlərdə başlayan dialoqu təmasları davam etdirməyə çağırır.

Üç dövlət təmsilçisi, həmçinin, Ermənistan və Azərbaycanı qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə və 9 noyabrın 2020-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında təsdiq edilmiş öhdəlikləri tam yerinə yetirməyə səsləyib.

Həmsədr ölkələr Ermənistan və Azərbaycanı humanitar məsələlər, o cümlədən həbs olunanlar, ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslər, məcburi köçkünlərin könüllü geri qaytarılması və digər məsələlərdə konkret irəliləyişə nail olmaq üçün həmsədrlərin himayəsi altında əməkdaşlığı davam etdirməyə dəvət ediblər. Bu məsələlərə tarixi abidələrin və mədəniyyət obyektlərinin mühafizəsi, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası da daxil edilib.

Birgə bəyanatda Ermənistan-Azərbaycan sərhədində müəyyən edilməmiş son insidentlərə görə narahatlıq qeyd edilir, sərhəd mübahisələrinin həlli üçün gücdən istifadənin və ya güc tətbiqi hədəsinin qəbuledilməz olduğu bir daha təsdiqlənir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, həmçinin, təhlükəsiz, sabit mühitin bərqərar olması üçün öz mandatlarına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli üçün tərəflərlə işləməyə sadiq olduqlarını təsdiqləyirlər.