Blinken Lavrova zəng etmək istəyirbackend

Blinken Lavrova zəng etmək istəyir 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Entoni Blinken yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığına hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Söhbətin mövzusu Rusiyada həbs olunan amerikalıların taleyi və “taxıl sövdələşməsi” ola bilər.

“Yaxın günlərdə mən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışacağam”, – deyə Blinken Dövlət Departamentində jurnalistlərə bildirib.
Modern.az