Blinken Misir, İsrail və Fələstinə səfər edəcəkbackend

Blinken Misir, İsrail və Fələstinə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Blinken Misir, İsrail və Fələstini əhatə edən diplomatik tura başlayır.

NOCOMMENT.az-ın məlumatına görə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Blinken 29-31 yanvar tarixlərində Misir, İsrail və Fələstinə səfər edəcək.

Prays nazir Blinkenin Misir, İsrail və Fələstin rəsmiləri ilə qlobal və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi, İran təhlükəsi, İsrail-Fələstin münasibətləri və iki dövlət həlli mövzularında görüşəcəyini açıqlayıb.

Blinkenin Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi, xarici işlər naziri Samih Şükri və yüksək rütbəli Misir rəsmiləri ilə ABŞ-Misir strateji tərəfdaşlığı, regionda sülh və təhlükəsizliyi yaxşılaşdırmaq üçün görüşəcəyini qeyd edən Prays, Liviyadakı seçkilərin və Sudandakı siyasi prosesə dəstək məsələlərinin də müzakirə olunacağını qeyd edib.