Şimali Atlantika Alyansı 2025-ci ildə İordaniyada əlaqə ofisi açmağı planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Belçikanın paytaxtında keçirdiyi mətbuat konfransında deyib.
“NATO gələn il İordaniyada regionda ilk əlaqə ofisini açacaq”, – Blinken bildirib.
Bundan əvvəl Şimali Atlantika Alyansının NATO-ya üzv ölkələr arasında məxfi məlumat mübadiləsi üçün bulud sisteminin yaradılması üzərində işlədiyi bildirilirdi.