Blinken Netanyahu və Mahmud Abbasla görüşübbackend

Blinken Netanyahu və Mahmud Abbasla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu və İsrailin Hərbi Nazirlər Kabineti ilə görüşüb. Blinken İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla da görüşüb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. 

Açıqlamaya görə, Blinken ABŞ-ın İsrailin “beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu” dəstəklədiyini bəyan edib.

Nazir Blinken İsraili mülki insanlara zərər verməmək üçün hər cür tədbir görməyə çağırıb.

Görüş zamanı əsir mübadiləsi və Qəzzaya çatdırılan humanitar yardımın sürətləndirilməsi məsələləri də müzakirə edilib.