Blinken Qəzzada mümkün atəşkəsin ümidverici əlamətlərinin olduğunu bildiribbackend

Blinken Qəzzada mümkün atəşkəsin ümidverici əlamətlərinin olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hesab edir ki, HƏMAS və İsrailin Qəzza zolağında atəşkəs barədə razılığa gəlməsi üçün ilkin şərtlər var.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra deyib.

“Biz son bir neçə həftə ərzində Qəzzada atəşkəsin mümkün olduğuna dair ümidverici əlamətlər gördük”, – deyə Blinken bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İsrail və Fələstinin HƏMAS hərəkatının bir neçə həftə ərzində Qəzza zolağında atəşkəslə bağlı razılığa gələ biləcəyini etiraf edib.

İsrailin xarici işlər naziri Qideon Saar da yaxın gələcəkdə Qəzzadakı girovlarla bağlı razılaşmanın bağlanma ehtimalının olduğunu bildirib.