Blinken: Qəzzanı fələstinlilər idarə etməlidirbackend

Blinken: Qəzzanı fələstinlilər idarə etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh prosesinin uğurlu olması üçün Qəzzada qurulacaq yeni hökumətə fələstinlilər rəhbərlik etməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Qəzzada müharibəni həmişəlik bitirməyin yeganə yolu sülh prosesi üçün şərait yaratmağa başlamaqdır”.

G7 ölkələrinin xarici işlər nazirləri Qəzza ərazilərində heç bir daralma olmaması ilə razılaşdığını ifadə edən Blinken fələstinlilərin Qəzzanı tərk etmək məcburiyyətində qaldıqlarını bildirib.

Blinken qeyd edib ki, uğurlu sülh prosesinin təmin edilməsində əsas element Qəzzada qurulacaq hər hansı yeni hökumətə fələstinlilərin rəhbərlik etməsidir.