Dövlət Departamentinin rəhbəri Entoni Blinken Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar, o cümlədən “İran Air” şirkətinə qarşı yeni sanksiyalar elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz bu gün İrana qarşı, o cümlədən “Iran Air”ə qarşı yeni sanksiyaları elan edəcəyik”, – RİA Novosti onun sözlərindən sitat gətirib.
Bundan əvvəl ABŞ hökuməti politoloq Dmitri Simes və onun həyat yoldaşını sanksiyalar qanunlarını pozmaqda ittiham edib.