Blinken səfərlər edəcək – Ukraynaya hərbi dəstək…backend

Blinken səfərlər edəcək – Ukraynaya hərbi dəstək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət katibi Antoni Blinken mayın 28-31-də Çexiya və Moldovaya səfər edəcək. O, Ukraynaya hərbi dəstək məsələsini müzakirə edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, Amerika diplomatiyasının rəhbəri Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə qatılacaq.

O, həmçinin Çexiyanın xarici işlər naziri Yan Lipavski və digər yüksək vəzifəli rəsmilərlə görüşərək Ukraynaya gələcək dəstək, birgə müdafiə modernləşdirilməsi və enerji əlaqələrinin dərinləşdirilməsi məsələlərini müzakirə edəcək.