Blinken Ukraynanın hücum silahları ilə təmin olunmağa davam edəcəyinə söz veribbackend

Blinken Ukraynanın hücum silahları ilə təmin olunmağa davam edəcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kiyev təkcə müdafiə deyil, həm də hücum silahları ilə təmin olunmağa davam edəcək. Bunu ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə keçirilən görüşdə deyib.

O vurğulayıb ki, Ukraynaya təkcə mövcud əraziləri qorumaq üçün deyil, itirilmiş əraziləri geri qaytarmaq üçün lazım olan hər şey veriləcək.

Noyabrın 29-da NATO Ukrayna ilə əməkdaşlığı müzakirə edib. ABŞ dövlət katibi Entoni Blinken alyansın Kiyevlə tərəfdaşlığını dərinləşdirmək niyyətində olduğunu bildirib.

Blinken əmin edib ki, NATO-ya üzv olan bütün dövlətlər Kiyevə yardımı davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Həmin gün Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib ki, Ukrayna III Dünya Müharibəsi təhlükəsi səbəbindən hələlik NATO-ya üzv ola bilməz.