Blinken: Ukraynanın pulu tükənirbackend

Blinken: Ukraynanın pulu tükənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton Kiyevə kifayət qədər sərmayə qoyub, Ukrayna rəhbərliyinə eyni həcmdə əlavə dəstəyə ümid etmək mənasızdır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Ukrayna ABŞ pulu olmadan yaşamağı öyrənməlidir”, – deyə Ağ evdən bildirilib.

“Ukraynaya ayırdığımız yardım, dəstək tükənmək üzrədir. Bizə lazım olan pul demək olar ki, tükənib . Demək olar ki, vaxt da qalmayıb. Dəqiq tarix deyə bilmərəm, amma hər şeyin hansı istiqamətdə getdiyi barədə məlumat verə bilərəm”, – Blinken bildirib.

Eyni zamanda, o, Amerikanın dəstəyinin Kiyev üçün həlledici olması ilə bağlı “Putinlə razılaşdığını” etiraf etdi.