Blinken və Fidan arasında telefon danışığı – Nələr müzakirə olunub?backend

Blinken və Fidan arasında telefon danışığı – Nələr müzakirə olunub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilib.

Tərəflər Qəzzada girovların azad edilməsini təmin etməyə və fələstinlilərin əziyyətini yüngülləşdirməyə kömək edəcək atəşkəsə tez bir zamanda nail olmaq səyləri barədə danışıblar. Regionda davamlı və dayanıqlı sülhün təmin olunması üçün səylər müzakirə edilib.

Blinken Yaxın Şərqdə münaqişənin eskalasiyasının qarşısının alınmasının və Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb.