ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Yaxın Şərqə səfər edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Portal adının açıqlanmasını istəməyən İsrail və Amerika rəsmilərinə istinadən yazır ki, Blinkenin Qəzzadakı döyüşləri müzakirə etmək üçün gələn həftə Yaxın Şərqə səfər edəcəyi gözlənilir.
Materialda qeyd edildiyi kimi, ABŞ dövlət katibi İsrailə və İordan çayının qərb sahilinə, həmçinin İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək.