Sabah Türkiyəyə səfəri gözlənilən ABŞ dövlət katibinə çatdırılacaq mövzular bəllidir.
İsrailin Qəzzaya hücumundan sonra ikinci Yaxın Şərq turuna çıxan ABŞ dövlət katibi Antoni Blinkenin dayanacaqları arasında Türkiyə də var.
Blinken əvvəlcə İsrailə, sonra isə İordaniyaya gedəcək. Blinkenin sabah Ankarada olacağı gözlənilir.
Xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilən Blinkenə İsrail ilə Fələstin arasında atəşkəsin yaradılması, Qəzzaya humanitar yardım göndərilməsi, yaralıların təxliyyəsi, əsirlərin dəyişdirilməsi, Qəzzaya qarantlıq yaradılması kimi bir çox mövzuda mesajlar veriləcək.