Fələstini dəstəkləyən nümayişçilər ABŞ dövlət katibi Antoni Blinkenin avtomobilinə İsrailin Qəzzaya hücumlarında həlak olan mülki şəxslərin qanını təmsil edən qırmızı boya tökülüb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın İsrailə hərbi yardımı və Təl-Əviv rəhbərliyinin Qəzzada dinc sakinləri qətlə yetirməsinə etiraz edən bir qrup fəal Antoni Blinken iqamətgahından çıxarkən onun rəsmi avtomobilinə qırmızı boya atıb.
Nümayişçilər həmçinin onun Virciniya ştatının Maklin rayonundakı iqamətgahı ilə üzbəüz Blinkenə bənzəyən qana bulanmış əlləri olan mumiya qoyublar.
Etirazçılar konvoyun müşayiəti ilə evindən çıxan və bir müddət Fələstin bayraqları daşıyan maşının arxasınca qaçan Blinkenə “ar olsun” qışqırıblar. Etirazçılar Blinkenin evinin qarşısına da qırmızı boya tökərək qan görüntüsü yaradıblar.
Nümayişçilər əllərindəki qazan və tavaları döyəcləyərək diqqəti cəlb etməyə çalışaraq Blinkenə “Qəzzada ölümlərə son qoyun” və “Hərbi cinayətkar” deyə qışqırdılar.