Blinkenlə Lavrov Qara gölü niyə müzakirə etdi?backend

Blinkenlə Lavrov Qara gölü niyə müzakirə etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət bizim üçün sərhəd gərginliyi ola bilər, lakin ABŞ gündəmi ola bilməz. Buna baxmayaraq, Vaşinqton Moskvanın təkbaşına regionda istədiyini etməsinə göz yummaq istəmir. Buna görə də diplomatik təmasları intensivləşdirir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətin müzakirə olunmasın şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, indiki halda Azərbaycan SSRİ dövründəki sərhədlərin tam və dəqiqliklə bərpa edilməsin istəyir və bunun üçün səy göstərir: “Yəni burda hər hansı gərginlik, müdaxilə-filan yoxdur. Ermənistan isə məsələni şişirdərək bunu öz ərazilərinə qəsd kimi qələmə verməyə çalışır.

Blinkenlə Lavrov arasında keçirilən görüşdə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətin müzakirə edilməsinə gəldikdə isə deyə bilərəm ki, ABŞ Kremlin regionda əsas moderator olduğunu yaxşı başa düşür. Yəni Moskva regionun siyasi xəritəsində rahatlıqla dəyişiklik edə bilər. Bundan başqa, mövcud sərhəd münaqişəsi ilə də Paşinyana təzyiq etməsi mümkündür.

Buna görə də dəstəklədiyi Paşinyanı qorumaq üçün Kreml ilə diplomatik təmaslar qurmağa, prosesi yaxından izlədiyini göstərməyə çalışır. Yəni verilən mesaj açıqdır. Regionda olmasam da, gözüm-qulağım oradadır”.