Blogerlər şəhərin mərkəzində manqalda kabab bişirdilər – VİDEObackend

Blogerlər şəhərin mərkəzində manqalda kabab bişirdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç gənc bloger Sennaya Meydanına manqalla gələrək kabab bişiriblər və şişlərlə oynayıblar baş verənləri videoya çəkərək sosial şəbəkə hesablarında paylaşıblar.

NOCOMMENT.az xəbər verir ki, hadisənin iştirakçılarından biri sosial şəbəkədə digər bir dostunun tapşırığını yerinə yetirdiyini söyləyib. Abunəçilərin video ilə bağlı fikirləri birmənalı olmayıb: kimsə küsüb ki, niyə onu çağırmayıblar, kimsə hadisə “qəhrəmanlarını” məsuliyyətsiz adlandırıb.

Sankt-Peterburqun hüquq-mühafizə orqanları artıq hadisəyə maraq göstəriblər və yoxlamaya başlayıblar.

Bundan əvvəl Rusiyada koronavirus infeksiyası hallarının sayının 145 mini keçdiyi bildirilmişdi. Şimal paytaxtında yoluxanların sayı 5 346 nəfərdir, CoViD-19 olan 37 şəhər sakini dünyasını dəyişib. Yoluxanların sayına görə Sankt-Peterburq ölkədə 3-cü yerdədir.