Avropa İttifaqı mayın 6-da Rusiyanın enerji təchizatının mərhələli şəkildə dayandırılması üçün yol xəritəsini təqdim etməyə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən xəbər verir.
Onlar bildiriblər ki, plan Rusiyanın enerji idxalını azaltmaq variantlarına diqqət yetirəcək, Avropa Komissiyası ola bilsin ki, kvota və ya tariflər kimi ticarət alətlərindən istifadə etməyi tövsiyə edə bilər. Mənbələr bildiriblər ki, yol xəritəsi daha sonra Aİ üzvlərinə hüquqi təkliflə təqdim olunacaq.