Avropa ölkələri Rusiyadan rekord həcmdə maye qaz almağa başlayıblar ki, bu da Moskvanın yanvarın 1-ə qədər Ukrayna vasitəsilə nəql etdiyi həcmi üstələyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa ölkələrinin Rusiya qazından tədricən uzaqlaşmaq cəhdləri uğursuz alınıb. Rusiya, əksinə, əsas xammal təchizatçılarından biri statusunu təmin edib.