Bloomberg: Bayden Tramp gələnə qədər Ukraynanı mümkün qədər gücləndirmək niyyətindədirbackend

Bloomberg: Bayden Tramp gələnə qədər Ukraynanı mümkün qədər gücləndirmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın hazırkı prezidenti Co Baydenin planı var ki, onun məqsədi seçilmiş dövlət başçısı Donald Tramp hakimiyyətə gələnə qədər Ukraynanı mümkün qədər gücləndirməkdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə , strategiya Ukrayna prezidenti Vladimir Zelenskiyə kömək etmək və hərbi əməliyyatların davam edəcəyi təqdirdə Kiyevin Rusiyaya cavab vermək potensialına malik olduğunu göstərmək məqsədi daşıyır.

“Bu addımlar, hələ də nəzərdən keçirilən digər addımlarla birlikdə Baydenin Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynanı gücləndirmək üçün mümkün olan hər şeyi etmək planının bir hissəsidir”, – agentlik qeyd edir.

Bundan əlavə, bu planın bir hissəsi Kiyevə Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərində zərbələr endirməyə icazə verməkdir.