Avqustun 23-də Kiyevə səfər etməyi planlaşdıran Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında mesajları çatdırmağa razılaşıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Eyni zamanda agentliyin mənbələri qeyd edir ki, Modi Ukrayna münaqişəsinin həllində vasitəçilik imkanını istisna edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsindən sonra Kiyevlə heç bir danışıqların aparıla bilməyəcəyini bildirmişdi.