ABŞ-nin “Bloomberg” televiziyası “Qəzza böhranının həllinin açarı Türkiyədədir” başlığı ilə çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, xəbərdə ABŞ prezidenti Baydenin bölgədə həll yolu üçün prezident Ərdoğanla danışmasının lazım olduğuna diqqət çəkilib.
ABŞ dövlət katibi Entoni Blinkenin Ankara səfəri Amerikanın “Bloomberg” Televiziyasının saytında diqqəti çəkən təhlillə işıqlandırılıb.
Türkiyənin Xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşündə iki ölkə arasındakı uzaq mövqenin üzə çıxdığı qeyd edilib.
Analitik xəbərdə, “Türkiyə prezidenti Amerikanın baş diplomatı ilə görüşməkdən imtina etdi. Fidanın danlaması və Ərdoğanın cavabı layiqli idi” deyə qeyd edilib.
Bloomberg, Baydenin İsrailin baş naziri Binyamin Netanyahu ilə danışdıqdan sonra dərhal Ərdoğanla əlaqə saxlamamasını diplomatik səhv adlandırıb.
Xəbərdə ABŞ-ın təkcə Qəzzada deyil, həm də Ukraynanın taxıl ixracı və Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişi üçün Türkiyəyə ehtiyacı olduğu vurğulanıb.
Bloomberg “Bayden Ankaraya nə qədər tez zəng etsə, bir o qədər yaxşıdır” deyə əlavə edib.
NOCOMMENT.AZ